Muəllif: Redaksiya
Polis forması geymiş mülki şəxs gecələr sürücüləri saxlayıb…
Paytaxtda özünü yol polisi kimi təqdim edən mülki şəxsin sürücüləri saxlaması faktı ilə bağlı yoxlamalara başlanılıb. Baş Polis İdarəsindən bildirilir ki, hadisə ilə bağlı Baş Polis İdarəsində xidməti yoxlama başlanılıb, yoxlamaların nəticəsində uyğun olaraq fakta hüquqi qiymət veriləcək.
Sosial şəbəkələrdə gecələr yol polisi adı altında sürücüləri saxlayaraq, onlara problemlər yaradan mülki şəxslər barədə məlumatlar yayılıb. Bununla yanaşı, bu əməlləri təsdiqləyən video görüntülər də paylaşılıb. Video görüntülərdə mülki geyimli şəxs avtomobili saxlayaraq özünü Səbail rayonunun yol polisi kimi təqdim edərək sürücüdən sənəd tələb edir.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 242