Planetin əhalisi 7.2 milyardı keçdi
Yanvarın 1-nə Yer kürəsinin əhalisi 7.2 milyard nəfəri keçib. Bu barədə Yer kürəsi əhalisinin Almaniya fondu (DSW) məlumat verir. Fondun analitikləri qeyd ediblər ki, 2013-cü il ərzində planetimizdə yaşayan insanların sayı 80 milyon nəfərə qədər artıb. Məruzənin müəllifləri inkişaf etməkdə olan ölkələrdə əhalinin sayının yüksək səviyyədə qeyri-proporsional artması ilə əlaqədar narahatlıqlarını bildiriblər.
Onların fikrincə, bu ümumdünya səviyyəsində yoxsulluğun artmasına gətirib çıxaracaq.
Həmçinin bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə qadınlarda hər il orta hesabla 80 milyon istənilməyən hamilə halları müşahidə olunur. «Əgər planetin ən yoxsul sakinləri arasından hər bir cütlük özü üçün nə vaxt və nə qədər uşaq dünyaya gətirmək istəməsini müəyyən edəcəksə, onda onların vəziyyəti xeyli yaxşılaşacaq», — DSW-nın direktoru Renata Ber bildirib.