Muəllif:

Pirşağı sakinlərinin bağladığı Kürdəxanı-Zabrat yolu hərəkətə açıldı

Kürdəxanı-Zabrat yolu polisin müdaxiləsindən sonra açılıb. Bu gün səhər saatlarında etiraz aksiyası keçirən Pirşağı sakinlərinin bağladığı Kürdəxanı-Zabrat yolunda avtomobillərin hərəkəti bərpa olunub. Aksiya isə davam edir. Yerli sakinlər qəsəbə ərazisindən keçəcək Bilgəh-Sumqayıt Dairəvi yolunun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləğindən narazılıq edirlər. Onlar evlərin hər kvadratmetrinə görə 200-300 manat məbləğində kompensasiya təklif edildiyini bildiriblər. Pirşağı bələdiyyəsii aksiyaçılarla danışıqlar aparırlar. Sabunçu Rayon İH  təmsilçilərinin də hadisə yerinə gələcəkləri bildirilib. Polis sakinləri ərazidən uzaqlaşdırmağa çalışır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 338