Piriyeva və Durunda qızıl medal qazandılar
Lissabonda Dünya kubokunun mərhələ yarışında azərbaycanlı gimnastlar ikisi qızıl olmaqla, dörd medal qazanıblar. Bu barədə Gimnastika Federasiyasından yayılan xəbərdə deyilir.
Kubok çərçivəsində yeniyetmələrin turnirində 14 yaşlı bakılı idmançı Jalə Piriyeva üzərində Portuqaliya bayrağının rəmzi olan lentlə ən arzuolunan mükafatı qazanıb. Əvvəlcə o, halqa ilə çıxışı ən yüksək səviyyədə nümayiş etdirib və həftəsonu Portuqaliya paytaxtının bələdiyyə idman kompleksini dolduran Atlantik okeanın həm qərb, həm də şərq sahillərindən olan tamaşaçılar gimnastın ifasını böyük həyəcanla izləyiblər.
İkinci dəfə Azərbaycan himni lentlə tapşırığın yekunları üzrə mükafatlandırma zamanı səslənib. İkinci medalı qazandığına görə sevinən və ölkəsinə görə qürur duyan Jalə artıq iki aydan sonra Avropa çempionatının keçiriləcəyi Bakıdan səmimi salamlarını çatdırıb.
Marina Durundanın medal qazanmaq iddiaları dörd mümkün finaldan üçünə yol açıb. Ancaq onun üçün ən uğurlusu yalnız topla final oyunu olub və idmançı komandaya bürünc medalı gətirib. Hər iki final yarışında ölkənin qrup komandası da iştirak etsə də, qızlar orada yalnız 4-cü yerlə kifayətləniblər. Amma Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva çoxnövçülük üzrə yarışda gümüş mükafatçı olublar və ispanlardan sonra ikinci yeri tutublar.
Azərbaycanlı gimnastların öz məharətlərini nümayiş etdirəcəkləri növbəti zal İtaliyanın idman kompleksi olacaq. Aprelin 11-13-də Pesaroda Dünya kubokunun növbəti yarışları və yeniyetmələrin beynəlxalq turniri keçiriləcək.