Muəllif:

Pirallahıda günəş elektrik stansiyası tikilir

Bakının Pirallahı rayonunda günəş elektrik stansiyasının tikintisinə başlanılıb. Pirallahı rayon İH-dən “APA-Economics”ə verilən məlumata görə, stansiyanın inşa edilməsi məqsədilə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılıb.

Qısa müddət ərzində torpaq sahəsi, layihə və tikinti sənədləri ilə əlaqədar bütün məsələlər Bakı şəhər İcra Hakimiyyətində, Şəhərsalma və Arxitektura Komitəsində, eləcə də Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış və günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinə start verilib.

Məlumatda deyilir ki, qısa müddət ərzində istismara verilməsi nəzərdə tutulan 2,8 meqavat gücündə olan stansiya alternativ və bərpa olunan enerji mənbələrinin tətbiq edilməsi, enerjidən səmərəli istifadə olunması, adanın enerji dayanıqlığının təmin edilməsi, perspektivdə isə digər enerji mənbələrindən imtina olunaraq Pirallahı rayonunun yalnız bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi ilə təchiz olunması istiqamətində irəliyə doğru atılmış böyük bir addım olacaq.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 420