Muəllif:

Penitensiar xidmətin əməkdaşlarının «işi» prokurorluğa göndərilib

Cəzaçəkmə müəssisələrinə telefon və narkotiklərin necə düşdüyünün «sirri» açılır.   Yəni bu hər kəsin bildiyi «sirlər» kateqoriyasına aid işlərdir əslində.  Penitensiar xidmət  əməkdaşlarının ictimailəşən əmələlri bunu deyir.  Onlar xidmətdən qovulub, əməlləri barədə materiallar isə prokurorluğa göndərilib. Bunu Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi açıqlayır.  Yanvarın 26-da Penitensiar xidmətin əməkdaşları tərəfindən Qobustanda yerləşən həbsxananın əməkdaşı ədliyyə kiçik giziri İlqar Süleymanovun üzərinə baxış keçiriləndə ondan 1 ədəd «Samsunq»  mobil telefonu aşkar edilərək götürülüb. Süleymanov Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.

Başqa biri — ədliyyə baş leytenantı Cavid Qasımov da Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim olunub. Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında inspektor vəzifəsində xidmət edən ədliyyə baş leytenantı Cavid Qasımovun müəssisəyə daxil olarkən üzərinə baxış keçirilib. Baxış zamanı ondan 1 ədəd sellofan bükülüdə xalis çəkisi 5,998 qram olan tiryək aşkar olunaraq götürülüb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 167