Paytaxt polisi Elnur Məcidlinın axtarışda olması barədə məlumat yerləşdirib
Bakı Şəhər Baş Polis İdarəsinin saytında Elnur Məcidlinın axtarışda olması barədə məlumat yerləşdirilib. O, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışlar etməkdə təqsirli bilinir.
Bakı şəhər sakini, 1984-cü il doğumlu Məcidli Elnur Abdulla oğlu 4 aprel 2011-ci il tarixdən Nəsimi Rayon Polis İdarəsi tərəfindən CM 281.1-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar — hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddəsi ilə axtarışdadır.
CM-nin bu maddəsi ilə təqsirləndirilən şəxsi 5 ilədək müddəti azadlıqdan məhrumetmə cəzası gözləyir. Məcidli sosial şəbəkələrdə “11 mart — Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı qismində tanınaraq barəsində cinayət işi başlanıb. Məcidli hazırda Azərbaycanda olmadığı üçün onun tutulması üçün barəsində beynəlxalq axtarış elan olunub.
Baş Prokurorluq isə 2011-ci ildə məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının 2011-ci il iyunun 2-də dayandırıldığını açıqlayıb.