Muəllif:

Partlayış faktları üzrə cinayət işi qaldırılıb

Dünən Bakıda baş vermiş partlayışlarla bağlı cinayət işləri qaldırılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.  “Azadlıq prospekti” metro stansiyasının yaxınlığında tikilən obyektdə baş vermiş partlayış zamanı 4 nəfər xəsarət alıb. CM-in 314-cü maddəsi (səhlənkarlıq) ilə cinayət işi qaldırılıb.

İilkin olaraq partlayışın az sızması nəticəsində baş verdiyi bildirilmişdi. Lakin bu məlumat nə FHN, nə də prokurorluq tərəfindən rəsmən təsdiqlənməyib.  LUKoyl şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı iki nəfər həlak olub, bir nəfər yaralanıb. CM-in 162.2 –ci maddəsi üzrə (əməyin mühafizəsi qaydalarının pozulması) cinayət işi qaldırılıb.

Fevralın 13-də Biləsuvarda da partlayış baş verib. Yanacaq sisterni qoşulmuş KAMaz-da qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə bir nəfər həlak olub, bir nəfər yaralanıb. İstintaq gedir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121