Muəllif: Redaksiya
“Pal Süd Dağıtım”da korrupsiya faktı aşkarlanıb
Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. bİLDİRİLİR Kİ, “Pal Süd Dağıtım” MMC əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.
Cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə CM 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Bölüm: Kriminal
Oxunma sayı: 173