Muəllif:

Pakistanla hərbi əməkdaşlıq planı imzalanıb

Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin  məlumatına görə, fevralın 10-11-də  İslamabadda Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 5-ci görüş keçirilib.

Görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlıq, o cümlədən 4-cü Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində görüşün qərarlarının icrasının vəziyyəti və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilib. Eyni zamanda hər iki ölkənin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 99