Ötən il ölkəyə 2,5 milyon turist gəlib, 1 həftəlik dincəlmə 700-800 dollar…
Artıq bahardır, yay yaxınlaşır. Ölkə yay turizm mövsümünə hazırdırmı? Ötən ilin rəqəmləri bəzi nəticələr çıxarmağa imkan verir: Ötən il ölkəyə 2,5 milyon turist gəlib, 1 həftəlik dincəlmə 700-800 dollar…
Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəmlərə görə, Ötən il Azərbaycana 2 508 000 nəfərə yaxın turist gəlib və bir həftəlik istirahət bir turist üçün 700-800 dollar təşkil edir. Onların arasında Azərbaycanda təhsil alan və işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınarsa, ölkəyə gələn turistlərin sayı 2 mln. 400 min nəfər təşkil edib.
Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, turistlər əsasən İpək Yolu boyunca olan rayonlara üstünlük verirlər: «Əcnəbilər Şəki, Zaqatala, Balakən, Quba, Qusar, Qəbələ və s. rayonları daha çox ziyarət edirlər. Bundan başqa, Lənkəran, Lerik kimi cənub şəhərləri də onların maraq dairəsinə daxildir».
Azərbaycanda bir həftəlik istirahətin qiymətlərinə toxunan İsmiyev bildirib ki, bir turist üçün bu, təxminən 700-800 dollar təşkil edir. Gürcüstanla müqayisədə çox yüksək məbləğdir.
Deyilib ki, son vaxtlar ölkədə 3 ulduzlu hotellərin sayı artıb. Ölkəyə gələn turistlərin yerləşməsi üçün apartamentlərin yaradılmasını daha məqsədəuyğun hesab edilir və məsələ ilə bağlı müzakirələr aparmaq planlaşdırılır.
Aydın İsmiyev sabah Bakıda açılacaq 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgisi ilə bağlı mətbuat konfransında belə bir fikir söyləyib ki, hostellərin yaradılması məqsədəuyğun deyil: «Çünki bu cür pansionat tipli yerlər bizə görə deyil, orada ancaq gecələmək olar. Lakin apartamentlər daha yaxşı olar. Bütün dünyada apartamentlər, yəni mənzil tipli istirahət üçün nəzərdə tutulmuş yerlər daha geniş yayılıb. Bizdə çoxlu yeni tikilmiş binalar var ki, onlardan bu məqsədlə istifadə etmək olar. Onların sahəsi də böyükdür».
Şöbə müdiri bildirib ki, 1-2 həftə Bakı hotellərində yoxlamalar davam etdiriləcək, mayın sonundan isə regionlardakı mehmanxanaların monitorinqi başlanacaq. İsmiyev etiraf edir ki, hazırda regionlarda turizm xidməti istənilən səviyyədə deyil.
“Problemləri aradan qaldırmaq məqsədilə kadrlar üçün təlimlər keçirilir. Turizmlə bağlı peşə məktəbi də kadrlar hazırlayır. Ölkədə turizmin inkişafı üçün bütün imkanlardan istifadə olunur
Moskva şəhərinin Elm, sənaye siyasəti və sahibkarlıq departamentinin rəhbərinin müavini Dmitri Knyazev isə bildirib ki, bu tip görüşlərin mütəmadi təşkil olunması lazımdır: “Bu cür görüşlər 6 ayda bir və ya ildə bir dəfə təşkil olunsa, iki ölkə və iki paytaxt arasında ticari əlaqələr daha da inkişaf edər”. O qeyd edib ki, ikinci belə növbəti görüş Moskvada təşkil olunacaq.
Qeyd edək ki, sonda Moskva və Bakı şəhərlərinin sahibkarları üçün danışıqlar meydançası təşkil edilib. Bu meydança çərçivəsində iş rejimində iki bölgə sahibkarlarının 80-dən artıq ikitərəfli görüşlər təşkil edilib.