Muəllif:

Ötən il dünyada 9 707 terror aktı törədilib:17 800 adam ölüb, 32 500 adam yaralanıb

ABŞ dövlət departamentinin yaydığı məlumatda bildirilir ki,  ötən il Əl-Qaidənin fəallığı səngisə də, tərəfdaş qruplaşmalar hesabına təsiri yüksək olaraq qalır. Açıqlanan rəqəmlərə görə, 2012-ci illə müqayisədə, terror aktları 43% artıb. Ötən il dünyada 9 707 terror aktı törədilib, nəticədə 17 800 adam ölüb, 32 500 adam yaralanıb.

Terror aktlarının böyük çoxluğu Əfqanıstanda, Hindistanda, İraqda, Nigeriyada, Pakistanda, Filippində, Somalidə, Suriyada, Tailandda və Yəməndə baş verib.

Əl-Qaidə və onun tərəfdarları hələ də Birləşmiş Ştatlar, bizim müttəfiqlərimiz və maraqlarımız üçün başlıca təhlükə qaynğıdır” – deyə sənəddə vurğulanır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 573