Muəllif:

Onların hər ikisini snayper başından vuraraq öldürüb

Suriyada öldürülən azərbaycanlılardan daha iki nəfərinin kimliyi bəlli olub. Onlardan biri Sumqayıt, digəri isə Qubadlı sakinidir. Bu öldürülən azərbaycanlılar — “Abdulvahid” ləqəbli Zahid Nəsirov və “Rəbbani” ləqəbli Tamerlan Məmmədovdur. Onların hər ikisini snayper başından vuraraq öldürüb. Məmmədovun əslən Qubadlı rayonundan olduğu, Qarabağ müharibəsindən sonra Sumqayıtda məskunlaşdığı bildirilir. Nəsirov isə Sumqayıt şəhəri 18-ci mikrorayon sakinidir.

Mücahidlər onların fotolarını da sosial şəbəkələrdə paylaşıblar. Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək ən müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 112