Muəllif:

Ölkədə ilk QHT-lərin tarixçəsi haqda kitab nəşr edildi

Yeni işıq üzü görən ə “Azərbaycanın ilk Qeyri-Hökumət təşkilatları” adlı  kitabda  H.Zərdabinin 1872-ci ildə   yaratdığı “Müsəlman Xeyriyyə Cəmiyyəti”ndən başlayaraq “Nəşri-Maarif”, “Nicat”, “Səadət” və digər cəmiyyətlərin tarixi araşdırılıb.Kitabda ilk dəfə olaraq Azərbaycanın müxtəlif  bölgələrində yaradılmış xeyriyyə təçkilatlarının da fəaliyyəti haqqında maraqlı məlumatlar verilib.Oxucular bu kitab vasitəsi ilə  Bakıda, Gəncədə,Naxçıvanda,Şuşada, İrəvanda, Şəkidə yaradılmış xeyriyyə cəmiyyətləri haqqında geniç məlumat əldə edə bilərlər.Nəşr edilmiş bu tarixi kitabın bir əhəmiyyəti də Azərbaycanın tanınmışiş adamlarının və ziyalılarının xeyriyyə tədbirlərindəki  ciddi fəaliyyətlərini işıqlandırmasıdır.Kitabdakı materiallardan məlum olur ki, H.Z.Tağıyev, M.Muxtarov, Ş,Əsədullayev,M.Nagıyev, İ.Hacıncki kimi imkanlı adamlarla yanaşı, Ə.Hüseynzadə, Ə.Topçubaşov,M.Ə.Rəsulzadə,N.Nərimanov,Ə.Cavad kimi ziyalılar da xalqımızın problemlərinin həllində böyük fəaliyyət göstərmişlər.

Kitabın redaktoru və materialları arxivlərdən toplayıb nəşrə hazırlayanı tədqiqatçı-alim Nəsiman Yaqubludur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149