Ölkədə avtomobil və traktor istehsalı mənimsənilir
Yanvar-fevral aylarında 147 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji göstəricisindən 4,6 dəfə çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən il Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.
Məlumata görə, hesabat dövründə 91 yük maşını istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. 2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.
Yanvar-fevral aylarında ölkədə 217 traktor istehsal edilib. Bu, 2013-cü ilin analoji dövr göstəricisindən 72,3 dəfə çoxdur.
2013-cü ildə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur.