Muəllif:

Ölkə 31 mart – Azərbaycanlıların Soyqırım Gününü qeyd edir

Bu gün 31 mart-Azərbaycanlıların Soyqırım günüdür. Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin  26 mart 1998-ci il fərmanı ilə 31 mart soyqırım günü kimi qeyd edilir.    Ölkənin elmi mərkəzlərində, kitabxanalarında, ali məktəblərində soyqırımla bağlı tədbirlər keçirilir. Soyqırım qurbanlarının kütləvi dəfn olunduğu məzarlıqlar ziyarət edilir, məscidlərdə qurbanların ruhuna dualar oxunur.  

1918-ci ilivə martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, o cümlədən Güney Azərbaycanda (İran) və  digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Soyqırım nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib.

Tarixi məlumatlara görə, 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub. lrəvan azərbaycanlılarının o zaman ermənicə nəşr edilən «Aşxadavor» (“Əməkçi”) qəzetinin 2 noyabr 1919-cu il tarixli nömrəsində dərc edilən müraciətində deyilir ki,  azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində azərbaycanlıların yaşadığı 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər öldürülüb (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 103