Olimpiya stadionuna aparan yeni yolun bir hissəsi bu il tamamlanacaq
Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC 2014-cü ilin sonunadək Heydər Əliyev prospekti ilə paralel yerləşən və Bakının yeni Olimpiya stadionuna aparan yolun bir hissəsinin tikintisinin başa çatdırmağı planlaşdırır. ASC-nin rəhbəri Cavid Qurbanovun sözlərinə görə, eləcə də Heydər Əliyev prospektində tikilən yeni yeraltı tunelin köməyi ilə çıxışın mümkün olacağı yolun Olimpiya stadionundan «Şəfa» stadionuna qədər hissəsinin tikintisinin də tamamlanması planlaşdırılır.
Yeni yolun «Şəfa» stadionundan «Gənclik» metrostansiyasına qədər olan yerdə qalan hissəsinin tikintisinin daha sonrakı müddətdə tamamlanacağı planlaşdırılır ki, bu da köçürülməsi zaman tələb edən çoxlu sayda tikili və kommunikasiyaların olması ilə izah edilir.
Yeni yol Bakıda Heydər Əliyev prospektini boşaltmağa imkan verəcək, həmçinin paytaxtın mərkəzindən yeni stadiona tıxacsız gedişi mümkün edəcək.