Muəllif:

Öldürülən biznesmen şair və seksual manyak imiş…

Iş adamını ölümündə təqsirli bilinən Aydın Rüstəmov və Şahvələd İmanovun cinayət işi üzrə məhkəmə başlayıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.  İttihama görə, ötən ilin mayın 16-da Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi 72 saylı ünvanın qarşısında Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Şahvələd İmanov “Şəms” MMC-nin rəhbəri Mirəli Həqzadəni öldürüb. Şahvələd İmanov cinayəti törədəndən sonra yaşadığı Göygöl rayonuna qaçıb. Mayın 27-də Şahvələd İmanov Göygöl rayonunda həbs edilib.

İstintaq zamanı Şahvələd İmanova iş adamının öldürməsi sifarişinin Bakı şəhər sakini Aydın Rüstəmovun verdiyi müəyyən edilib. Mirəli Həqzadəni tanışı Aydın Rüstəmov qisas məqsədi ilə öldürülməsini sifariş verib. Aydın Rüstəmov iş ortağı olan Mirəli Həqzadənin onun yaxın qohumu olan qadınla zorla cinsi əlaqədə olmasını öyrənib. Bundan sonra araşdırmalar aparan Aydın Rüstəmov daha dəhşətli faktlarla qarşılaşıb və Mirəli Həqzadəni rüsvay etmək qərarına gəlib. O, tanışı Şahvələd İmanova külli miqdarda pul verəcəyini deyib və tapşırıb ki, Mirəli Həqzadəni insan içinə çıxa bilməyəcək formada rüsvay etsin. Şahvələd İmanov da öz növbəsində Mirəli Həqzadənin üzünə çoxsaylı xəsarətlər (şramlar) atmaqla əməlini həyata keçirmək istəyib. Buna görə də Aydın Rüstəmov Şahvələd İmanova 70 min manat verəcəyini vəd edib. Şahvələd İmanov aldığı sifariş əsasında mütəmadi olaraq Mirəli Həqzadəni güdərək onun yaşadığı ünvanda müşahidələr aparmağa başlayıb. Şahvələd mayın 16-da Mirəlinin idarə etdiyi Toyota Prado markalı avtomobillə yaşadığı evin həyətinə gəldiyini görüb. Bu zaman Şahvələd İmanov Mirəlinin üzərinə hücum edərək üstündə gəzdirdiyi bıçaqla sifət, kürək və döş qəfəsi nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən Mirəli Həqzadəyə göstərilmiş tibbi yardıma baxmayaraq o, aldığı ağır xəsarətlərindən orada ölüb.

Bundan əlavə, Mirəli Həqizadə ölümündən əvvəl Bakı şəhərində bir neçə qızı zorlaması müəyyənləşib. Onun barəsində zorlama maddəsi ilə cinayət işi də olub. Hətta onun zorladığı qızlardan birinin intihar etdiyi də qeyd edilir. Hətta qətlindən əvvəl Mirəli Həqzadə tanışlarının yanında deyibmiş ki, bu əməllərinin üstündə bir gün onu öldürəcəklər.  Mirəli Həqzadə barəsində Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən də bir neçə il əvvəl cinayət işi başlanılıb. Səbəb isə Mirəli Həqzadənin özünə məxsus olan və icarəyə verdiyi gözəllik salonunda işləyən qadını zorlaması olub. Bildirilir ki, həyat yoldaşı xaricdə olan qadına iş verən Mirəli Həqzadə daha sonra onu zorlamaq qərarına gəlib və bu çirkin əməlini həyata keçirib. Ən dəhşətli məqamlardan biri isə Mirəli Həqzadənin qeyri-rəsmi nikahda yaşadığı qadına etdikləri olub. O qeyri-rəsmi nikah münasibətində yaşadığı qadını məcburi şəkildə başqa kişilərlə görüşdürürmüş. Özü isə kənardan bu “tamaşa”nı seyr edirmiş. Onun öz qadını ilə görüşdürdüyü kişilər arasında yaxın qohumlarının da olduğu qeyd edilir. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı yanvarın 27-nə təyin olunub. Mirəli Həqzadənin şeir  yazmaq qabiliyyəti də olub…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 410