Muəllif:

Oğuzda mal-qara oğruluğu ilə məşğul olanların yaxası ələ keçib

Oğuzda mal-qara oğruluğu ilə məşğul olan Yevlax rayon sakinlərindən ibarət qrup zərərsizləşdirilib.  Oğuz rayon Padar kənd sakini natiq Qasımov yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsindən 1 baş iribuynuzlu malın oğurlanması barədə rayon Polis Şöbəsinə müraciət edib. Axtarış-əməliyyat tədbirləri nəticəsində Natiq Qasımova məxsus 1 baş iribuynuzlu malın Yevlax rayonu Ərəş kənd sakinləri, 34 yaşlı Ramiz Şərifov, 27 yaşlı əvvəllər məhkum olunmuş Rasim Şərifov və ömrünün 14 ilini məhkumluq həyatı yaşayan  Cabir Adıgözəlov tərəfindən oğurlanması məlum olub. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq Oğuz RPŞ-ə gətirilib. Onların ətrafında aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər əvvəlcədən əlbir olaraq 22 dekabr 2013-cü il gecə saat 03 radələrində Ağdaş rayon Qumlaq kənd sakini Hüseyn Kərimova məxsus 2 baş və Oğuz rayon Ərimənət kənd sakini Eyvaz Hüseynova məxsus bir baş iribuynuzlu mal-qaranı oğurlayıblar.

Oğuz rayon PŞ-dən APA-ya o, da bildirilib ki, oğruluqla məşğul olan dəstənin iki üzvü Ramiz və Rasim qardaşdırlar. Faktla bağlı CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128