Muəllif:

Oğurlanan 34 avtomobildən səs-soraq yoxdur

Ötən il ərzində Bakıi üzrə 154 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması faktı qeydə alınıb. Bu barədə Trend-ə  paytaxt Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, görülən əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 120-si tapılaraq sahibinə qaytarılıb, 34 avtomobilin axtarışı isə hələ də davam etdirilir.

Bölmə rəisi, onu da qeyd edib ki, hesabat ilində yol polisi əməkdaşları tərəfindən axtarışda olan 7 cinayətkar tutulub, 2 fakt üzrə isə narkotik maddə aşkar edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 105