Oğrulara qandal taxılıb və layi olduqları yerə salınıblar
Xəzər Rayon Polis İdarəsi (RPİ) 1-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Mobil Əliyevə məxsus mağazadan inşaat materialları oğurlamış Bakı şəhər sakini Özübəy İsayev tutulub.
Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində isə Olqa Zabelinaya məxsus «Hyundai» markalı avtomobildən 250 manat pul oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəfər Zahidov tutulub. Ondan 0,183 qram heroin götürülüb. Ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri ilə onun Sevinc Əliyevanın evindən 850 manat pul və sənədlər oğurlaması da müəyyən edilib.
Şəki rayonunda isə qoyun oğrusu yaxalanıb. Bu şəxs dekabrın 22-də rayonun Baltalı kənd sakini Murad Rəsulova məxsus 4 baş qoyunu həyətindən oğurlanıb. Şəki polis əməkdaşlarının axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin kənd sakini Rizvan Cəlilov tutulub.