Obama və Merkeldən Rusiyaya yeni xəbərdarlıq: Öz qeyri-nizami qoşunlarını Ukraynadan çıxar
Obama və Merkel bir daha Rusiyaya xəbərdarlıq ediblər. Onlar deyiblər ki, Rusiya Ukraynanın şərqindəki qeyri-nizami qoşunlarını silahı yerə qoymağa və zəbt etdiyi binaları tərk etməyə çağırmalıdır. Əgər belə olmasa, yaxın vaxtlarda AB və ABŞ Rusiyaya qarşı gələcək tədbirlər qəbul etməyə hazırdır.Bu barədə ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon söhbəti zamanı danışılıb. Ağ Evin mətbuat katibi məlumat yayıb.
“ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Şərqi Ukraynada vəziyyəti dərin narahatlıqla müzakirə ediblər”, — məlumatda deyilir.
“ABŞ prezidenti yerli özünüidarəetmənin genişləndirilməsi və bütün ukraynalıların hüquqlarının müdafiəsinin təminatı üzrə konstruktiv təkliflər irəli sürən Ukrayna hökumətinə təşəkkürünü bildirib”, — Ağ Ev qeyd edib.
“Liderlər vurğulayıblar ki, Rusiya Şərqi Ukraynada gərginliyin yatırılması ilə bağlı təcili konkret addımlar atmalıdır, öz qeyri-nizami qoşunlarını silahı yerə qoyaraq zəbt etdikləri binaları tərk etməyə çağırmalıdır”, — məlumatda deyilir.
“Prezident və kansler razılığa gəliblər ki, yaxın vaxtlarda deeskalasiya baş verməzsə Birləşmiş Ştatlar və Avropa gələcək addımlar atmağa hazırdır.
Həmçinin liderlər mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərini dəstəklədiklərini qeyd ediblər”, — məlumatda deyilir.