Muəllif: Redaksiya
Obama: Ukrayna məsələsində Rusiya tənha və təcrid vəziyyətdə qalıb
Prezident Barak Obama Krım olayları ilə bağlı ABŞ və Avropa Birliyinin Rusiyanı təcrid etmək niyyəti birləşdirdiyini bəyan edib. Barak Obama Brüsseldə çıxışı zamanı Avropanın dövlət başçılarına Rusiya və Ukraynanın bir sıra məmurlarına qarşı sanksiyalar tətbiq etdiklərinə görə minnətdarlığını bildirib.
ABŞ prezidenti qeyd edib ki, Ukrayna məsələsində Rusiya tənha və təcrid vəziyyətdə qalıb. “Əgər Rusiya öz xarici siyasət kursunu dəyişməsə, sanksiyalar gücləndiriləcək və bu Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərəcək”, — deyə Obama bildirib.
Bölüm: Dünya
Oxunma sayı: 132