Muəllif: Redaksiya
Obama Rusiyaya qarşı sanksiyaları qüvvəyə mindirdi
Prezident Barak Obama Konqresin hər iki palatası tərəfindən qəbul olunan və Ukrayna böhranına görə təqsirkar bilinən şəxslərə qarşı sanksiyaların dəstəklənməsi və Ukraynaya yardım haqqında fərman imzalayıb. Prezidentin mətbuat katibi Cey Karni bildirib ki, qanun Ukraynaya 1 mlrd dollar məbləğində kredit və 150 mln dollar məbləğində dərhal yardım ayrılmasını nəzərdə tutur. Obama Rusiyaya qarşı 2 mərhələli sanksiyaların tətbiq olunması haqqında fərmanı da imzalayıb.
Obama həmçinin Ukrayna və yaxın ölkələrə yayımlanan ABŞ dövlət KİV-lərinin maliyyələşməsini nəzərdə tutan qanuna da imza atıb.
Bölüm: Siyasət
Oxunma sayı: 126