Muəllif:

Obama İranın yeni BMT səfirinin ölkəyə girişini yasaqladı

Prezident Barak Obama İranın yeni BMT səfirinin ölkəyə buraxılmamasını nəzərdə tutan qanun layihəsini imzaladı. Bu qanuna əsasən, terrorçu kimi ifşa edilmiş  şəxslərin ABŞ ərazisinə daxil olub Nyu-Yorkda yerləşən BMT-də xidmət etməsi yasaqdır.  İranın BMT  Daimi nümayəndəliyinin rəhbəri təyin edilmiş Həmid Əbutalibi isə  1979-cu ildə Tehranda ABŞ səfirliyi əməkdaşlarını girov götürmüş tələbə qrupunun iştirakçısı olub. Abutalıbi ona qarşı irəli sürülən ittihamları qəbul etmir və deyir ki, o hadisələr zamanı sadəcə tərcüməçilik edib. Rəsmi Tehran bu qərarın beynəlxalq qanunlara zidd olduğunu və digər şəxsi təyin etməyəcəyini bəyan edir.
Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123