Muəllif: Redaksiya
Noyabrda Gürcüstanda əhali siyahıya alınacaq: hazırlıq işləri gedir
Gürcüstanda əhalinin siyahıya alınmasına hazırlıq işləri aparılır. Gürcüstan Statistika xidmətinin açıqlamasına görə, bu gündən Kvemo-Kartli (Borçalı) bölgəsində əhalinin siyahıya alınmasına hazırlıq işləri başlayır. Siyahıyaalınmanı aparmaq üçün qeydiyyat aparan 389 nəfərlik işçi heyət hazırlanıb. Onlar siyahıya alınmanı 14 günə başa çatdırmalıdır.
Siyahıya alınma işlərinə hazırlıq artıq Tbilisi, Acarıstan, Quriya, Kaxetiya, Sameqrelo, Şida Kartli və Samsxe-Cavaxetidə sona çatığı bildirilir.
Gürcüstanda siyahıyaalma noyabrın 5-dən 19-dək keçiriləcək.
Bölüm: Xəbərlər
Oxunma sayı: 116