Muəllif:

Norveçlilər Yusif Mirzənin rəsmlərində öz ulu keçmişlərini görürlər…

Tur Heyerdal bir zaman norveçlilərə doğrunu söyləyib və bu gün norveçlilər Yusif Mirzənin rəsmlərində öz keçmişlərini görürlər… Öz molberti ilə Heyerdalın izin ilə addımlayan  Yusif Mirzə norveçlilərin ürəyinə yol tapa bilib və bu yol bu gün onu — bir azərbaycanlı rəssamı Norveçdə qeyri-adi dərəcədə populyarlaşdırıb.

Tanınmış rəssam Yusif Mirzə, dünyanın müxtəlif yerlərində öz  maraqlı rəsmləri ilə uğur qazandığı bəllidir. Fərdi sərgiləri, görüşləri, söhbətləri ilə nəinki öz yaradıcılığını ,həm də, ölkəmizi, xalqımızı, onun zəngin mədəniyyətini layiqincə təmsil etdiyini bilirik. Dünyanın bir çox  ölkələrində rəssamın yaradıcılığına böyük maraq göstərildiyindən də xəbərdarıq. Lakin  Norveç Krallığında  rəssam Yusif Mirzəyə xüsusi bir münasibətdən danışmaq olar. Bu ölkədə səfərdə olan azərbaycanlılar getdikləri  əksər yerlərdə Yusif Mirzənin rəsmləri ilə rastlaşdıqlarını söyləyirlər. Norveçlilər bu rəsmləri fəxrlə göstərir, evlərində, kolleksiyalarında bu rəsmlərin olmasından məmnun olduqlarını deyirlər. Onlar deyirlər ki, Yusif Mirzənin rəsmlərində sanki öz keçmişlərinin,  qan yaddaşlarının izlərini görürlər. Bu rəsmlər onlarda qeyri-adi hisslər doğurur, çox böyük müsbət enerji bəxş edir. Bu rəsmlərlə sanki  öz ulu keçmişlərinə səyahətə çıxır, bizə çox doğma olan obrazlarla, duyğularla qarşılaşırıq.

Rəssamın Norveçlə əlaqələri 90-cı illərdən başlayıb. Hətta Yusif Mirzə  öz yaradaıcılığına norveçlilərin marağı barəsində sonra xəbər tutub. Bu maraq STATOİL  şirkətinin  ofisi üçün Bakı İncəsənət Mərkəzindən  rəssamın bir neçə əsərini alınması ilə başlayıb.

Azərbaycana gələn norveçlilər Yusif Mirzənin emalatxanasında olarkən, onun yaradıcılığına böyük maraq göstəriblər. O vaxtdan rəssamın  Norveçlə, onun sənət mühiti ilə  sıx əlaqələri yaranıb və bu gün də bu əlaqələr davam edir.

Rəssam Norveç sənətsevərlərinin gözündə ona görə  populyarlaşıb ki, norveçlilər bir vaxr əfsanəvi Tur Heyerdalın maraq göstərdiyi,  əski  Qobustan rəsmlərininu  çağdaş ierperetasiyası ilə rastlşıblar. Bu yaxınlarda norveçli alim Vibeke Roggenin Azərbaycanla Norveç-  Skandinaviya arasında əlaqələrə həsr olunmuş ‘’ Tur Heyerdalın Odin axtarışı’’ kitabı Norveçdə ingilis dilində çap olunub. Kitabın üz qabığını rəssam Yusif Mirzənin’’ Xəzərin qədim mahnısı’’ rəsmindən bir fraqment, od ətrafındakı ayin hissəsi çap olunub. Bu faktın özü də onu göstərir ki, Norveçdə Azərbaycana, onun tarixinə və mədəniyyətinə, o cümlədən, rəssam Yusif Mirzənin yaradıcılığına maraq var. Kitabın yaxın vaxtlarda Azərbaycanda təqdimatı da nəzərdə tutulur.

Yeri gəlmişkən, 1997-ci ildən başlayaraq Yusif Mirzənin rəsmləri Norveçdə təqvimlərdə, kitablarda, qəzet və jurnallarda dönə-dönə çap edilmişdir. Rəssam bu ötən illərdə  Tur Heyerdalın xatirəsinə xüsusi bir rəsm işləmişdir. Bu rəsm indi Osloda Kontiki Museum-da saxlanılır. Norveçdə muzeylərdə, Qalereyalarda, ofislərdə, şəxsi kolleksiyalarda rəssamın çox sayda əsərləri var.

2007-ci ildə rəssam Norveçdə yaradıcılıq səfərində olub. Görüşlər keçirib, fərdi sərgiləri açılıb. Norveçi çox sevdiyini və bu ölkədə çox sayda dostlarının olduğunu söyləyən rəssam , Norveç kimi inkişaf etmiş demokratik bir ölkədə tanınmasından məmnun olduğunu deyir. Sevgi qarşılıqlı olur.  «Mən Norveçi və norveçliləri çox sevdiyimdən, bu ölkədə məni yaxşı tanıyır və sevirlər», deyə rəssam Yusif Mirzə bildirir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 220