Muəllif:

Nikolay Bordyuja: “Azərbaycan dost ölkədir…»

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının alternativi yoxdur. Bu barədə Moskvada jurnalistlərlə görüşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib və deyib ki, təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin yalnız siyasi yollarla həll olunmasına tərəfdardır: “Münaqişəni güc tətbiq etməklə həll etmək mümkün deyil. Bununla regionu partlatmaq olar”.

Jurnalistin “KTMT anti-Azərbaycan ritorikasının qarşısının alınması istiqamətində hansı addımlar atır?” sualını cavablandıran N.Bordyuja qeyd edib ki, təşkilat bu cür ritorikaya qarşı çıxış edir: “Azərbaycan dost ölkədir və KTMT-nin özündə də hər hansı Azərbaycan lehinə, ya da lehinə olan kampaniyalar keçirilmir”.

KTMT-nin baş katibi Nikolay Bordyuja  Əfqanıstan hökuməti ilə əməkdaşlıq etməyə, ölkənin güc strukturlarının möhkəmləndirilməsinə yardım etməyə hazır olduqlarını söyləyib: “Lakin bizim ölkələrimiz bu gün Əfqanıstan ərazisinə hər hansı bir kontingent yeritməyə və ya oradakı əməliyyatlarda iştirak etməyə hazır deyil”.

Bordyujanın sözlərinə görə, KTMT hazırda əfqan kadrlarının hazırlanmasına dəstək verir: “Bundan başqa, Əfqanıstanla hərbi-texniki əməkdaşlıq da mövcuddur. Çoxlu istiqamətlər üzrə əməkdaşlıq edə bilərik. Lakin heç bir halda Əfqanıstan ərazisindəki hər hansı əməliyyatlarda iştirak edə bilmərik”.

KTMT ilə NATO-nun əməkdaşlığı ilə bağlı sualı cavablandıran N.Bordyuja bildirib ki, qərbli həmkarları hələlik buna hazır deyillər.

Onun sözlərinə görə, bu kollektiv qüvvələrin tərkibinə üzv dövlətlərin hamısı müvafiq bölmələr ayıracaq: “Döyüş aviasiyası isə Baş Qərargah rəislərinin razılaşdırdığı kimi, operativ reaksiya kollektiv qüvvələrinin tərkibinə daxil ediləcək”.

KTMT 15 may 1992-ci ildə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi-siyasi ittifaqdır. KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan daxildir. Serbiya və Əfqanıstan KTMT-də müşahidəçi statusuna malikdir.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118