Muəllif:

Niğdedə hərbi posta hücum edənlər arasında Azərbaycan vətəndaşı olubmu?

Niğdedə hərbi posta hücum edənlər arasında Azərbaycan vətəndaşı olubmu? Bu suala hələ də aydın bir cavab yoxdur. Azərbaycanın Türkiyə səfirliyi bildirib ki,  Niğdedə hərbi posta hücum edənlər arasında Azərbaycan vətəndaşının olması barədə onlara bilgi verilməyib. Oradan deyilib ki, martın 20-də  Niğde vilayətində hərbi posta silahlı hücum etmiş şəxslərlə əlaqəli olduğu ehtimal olunan 3 şəxs arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu belə əsaslandırırlar  ki, olay ilə bağlı Türkiyə rəsmi qurumlarından diplomatik missiyaya heç bir məlumat daxil olmayıb. Səfirlikdən qeyd ediblər ki, əgər Türkiyədə hər hansı xarici ölkənin vətəndaşı tutulursa, bu barədə məlumat bu ölkənin diplomatik nümayəndəliyinə daxil olur.

Martın 20-də Niğde vilayətinin Ulukışla bələdiyyəsində yerləşən hərbi posta silahlı hücumla əlaqədar bir neçə nəfər saxlanılıb. Bir neçə gündən sonra onlarla əlaqədə şübhəli bilinən daha 3 nəfər tutulub. Türkiyə mətbuatı bu üç şəxsdən ikisinin Azərbaycan, birinin Türkiyə vətəndaşı olduğunu yazıb. Həmin şəxslərin İstanbulda saxlanıldığı və Ulukışlaya aparıldığı bildirilir. Onlar barələrində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıblar. Məhkəmə bir Azərbaycan və Türkiyə vətəndaşını sərbəst buraxıb. Onların adları Q.İ. və M.A. kimi göstərilib. Şübhəli bilinən Azərbaycan vətəndaşı F.M. barəsində isə həbs-qətimkan tədbiri seçilib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 104