Niğde olayında yeni tutulan 3 şübhəlidən ikisi azərbaycanlı çıxdı…
Türkiyənin Niğde şəhərində martın 20-də hərbi posta hücum etmiş şəxslərlə əlaqəsi olduğu bildirilən daha 3 nəfər saxlanılıb. Anadolu agentliyinin yaydığı məlumata görə, saxlanılan bu 3 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır. Bu şəxslərin İstanbulda saxlanıldığı və Ulukışlaya aparıldığı bildirilir. Onların barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıblar.
Məhkəmə bir Azərbaycan və Türkiyə vətəndaşını sərbəst bufraxıb. Onların adları Q.İ ve M.A kimi göstərilib. Şübhəli bilinən Azərbaycan vətəndaşı F.M. barəsində isə həbs qətimkan tədbiri seçilib.
Bəlli olduğu kimi, martın 20-də Türkiyənin Niğdə şəhərinin Ulukışla qəsəbəsində hərbi posta hücum edilib. Bu olay nəticəsində bir hərbçi, bir polis nəfəri və bir yük maşını sürücüsü olan mülki şəxs şəhid olub. Olay hərbi postun qurulduğu yerdən keçən və içində terrorçuların olduğu maşının saxlanılması ilə bağlı əmrə tabe olunmaması zəminində baş verib. Belə ki, maşına saxla əmri verilərkən, içəridə olan terrorçular ağırçaplı silahlarla posta atəş açıblar.
Hadisə zamanı iki basqınçı da yaralı ələ keçirilib, onlardan daha biri isə hadisənin sabahı günü yaxınlıqdakı köydə yaxalanıb. Onların barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.