Muəllif: Redaksiya
Niderlandda həbsxana məmurlarının sayı məhbusları üstələyir
Bu düşündürücü situasiya barədə Niderland Ədliyyə Nazirliyi açıqlama verib. Açıqlanan rəqəmə görə, hazırda cəzaçəkmə müəssisələrində məhbusların sayı 9 710, penitensiar xidmət işçilərinin sayı isə 9 914-dür. Odur ki, bu gün Niderlandda həbsxanaların bağlanması və yaxud birləşdirilməsini nəzərdə tutan islahatlar aparılmaqdadır. Onlarda hər işə görə adamı içəri salıb saxlanma xərclərini vergi ödəyicilərinin kürəyinə yükləmirlər. İcəri salmaqdan da təsirli cəzalar var. Məsələn, pul cərimələri… Adamın pulunu almış, canını almış…
Bölüm: Kriminal
Oxunma sayı: 129