Muəllif:

Nəbatat Bağında ağac kəsilməsi etiraf olundu: Faktla bağlı cinayət işi açılıb

Mərkəzi Nəbatat Bağında ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb. Səbail Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin Səbail RPİ-yə ünvanlanmış müraciətinə əsasən, 5 aprel 2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abasqulu Abbaszadə19/25 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatət bağında 0.30 hektar ərazidə köküstü yaş halda 40 ədəd 4-7 illik həmişəyaşıl Eldar şamı və Sərv növündə ağacların qanunsuz kəsilməsi, habelə kökündən çıxarılaraq məhv edilməsi  faktı aşkar edilib. Ağacların məhv edilməsi nəticəsində dövlətə 360 min manat ziyan dəyib.

Faktla bağlı Səbail RPİ-də CM 259.1 (qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135