Muəllif:

Nazarbayev ölkənin adını “Qazaq Eli”nə dəyişməyi təklif edir: «stan» türkcə deyil…

Qazaxıstan KİV-ləri yazır ki, prezident Nursultan Nazarbayev ölkənin rəsmi “Qazaxıstan”adının “Qazaq Eli” adıan dəyişdirilməsinin mümkünlüyü  haqda danışıb.

“Bizim ölkənin adında digər Mərkəzi Asiya ölkələrindəki kimi “stan”sonluğu var. Eyni zamanda xaricilər iki milyon əhalisi olan Monqoliyaya maraq göstərir və bu ölkənini adıdını sonluğunda “stan” yoxdur. Mümkündür ki, zamanı gəldikcə bizim ölkənini adının “Qazaq Eli”nə dəyişdirilməsi məsələsinə baxaq, amma hər şeydən öncə bunu xalqla müzakirə etmək vacibdir”-deyə  Nazarbayev Atıray İntellektual məktəbinə gəlişi zamanı vialyət təmsilçilərilə görüşündə söyləyib.

Dövlət başçısı bu açıqlamanı yazıçı Rəhimcan Otarbayevin “çoxları Nazarbayevin səsləndirdiyi “Mənqiliq El” (Bizim El) və xüsusilə ölkənin “Qazaq Eli” adlandırılması ideyasını ruh yüksəıkliyilə qəbul etməsi” bəyanatına cavab olaraq verib.

Nazarbayev birlik və tolerantlıq qorunduğu halda Qazaxıstanın qarşıya qoyduğu bütün məqsədlərə yetə biləcəyini vurğulayıb. “Bizim üstünlüyümüz çoxetnikli xalqın müxtəlifililiyindədir” deyə Nazarbayev qeyd edib.

Qeyd etmək lazımdır ki, “El”sözü türk dilində vətən mənası verir, “stan” sonluğu isə yaşayış yeri mənasında başqa dildən alınma qeyri-türkcə sonluqdur.

İraq və Suriya Türkmənləri öz yaşayış arealına «Türkmən Eli», qaqauzlar isə eyni anlamda «Qaqauz Yeri» deyirlər. Monqol böyükləri də ölkənin adındakı «stan»ı atıb, «Monqol Ulusu» adına keçdilər.  Odur ki,  Nazarbayevin  təklifi məntiqi və doğrudur.  Qırğız, Türkmən və Özbək böyükləri də bu barədə düşünsələr, doğru olardı. Ölkənin adı kimlik anlamındadır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 194