Muəllif:

«Naxçıvan xalçaçıları» ABŞ-da ingiliscə nəşr olunub

Azər-İlmə xalçaçılıq şirkətinin nəşr etdirdiyi «Naxçıvan xalçaçıları» kitabı ABŞ-da ingiliscə nəşr olunub.  Azər-İlmədən bildirilir ki, kitab Nyu-Yorkun Hudson Publishing nəşriyyat evində nəşr edilib:

“Professor Vidadi Muradovun müəllifi olduğu kitabın ingilis dilində nəşr olunması Azərbaycan xalçaçılığının dünyada təmsil və təbliğ olunması baxımından önəm daşıyır. Kitabda Muxtar Respublikanın 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar, rəngarəng ekspedisiya materialları yer alıb. Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 toxucunun həyat və fəaliyyəti ilə yanaşı, qədim abidələrdən, şəxsi fantaziyalardan, yerli adət-ənənələrdən qaynaqlanan xalçalar işıqlandırılıb”.

Naxçıvan xalça məktəbi ilk dəfə Azər-İlmə tərəfindən kompleks tədqiqatlara cəlb olunub.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 138