Muəllif:

NATO Ukraynanın ərazi bütövlüyünü müdafiə edir

Rusiyada qoşunların, Qərb və Mərkəzi hərbi dairələrin qüvvələrinin döyüş hazırlığının gözlənilmədən yoxlanması fonunda NATO-nun müdafiə nazirləri bəyanatla çıxış ediblər: “Şimali Atlantika Alyansı Ukraynanın “suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü” dəstəkləyəcək”, —  Reuters bildirib.

“Demokratiya və qanunun aliliyi prinsipinə sadiq müstəqil, suveren və stabil Ukrayna Avroatlantik təhlükəsizliyin əsas amilidir”, — Brüsseldə nazirlərin görüşündən sonra açıqlanan bəyanatda deyilir.

Sənəddə qeyd olunur: “Ukrayna və NATO arasında tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq NATO üzrə müttəfiqlər ölkənin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərin pozulmazlığı prinsipini dəstəkləməkdə davam edəcəklər. Bu prinsiplər Mərkəzi və Şərqi Avropada, eləcə də ümumilikdə qitədə sabitlik və təhlükəsizlik üçün baza olaraq qalır”.

NATO müdafiə qurumlarının rəhbərləri Ukraynada etiraz aksiyaları zamanı həlak olanların ailələrinə də bassağlığı veriblər. “Biz Ukraynada hadisələrin inkişafını diqqətlə izləyirik və adamların faciəvi şəkildə həlak olmasından təəssüflənirik”, — nazirlər bildiriblər. Bundan əlavə, NATO nazirləri iğtişaşlar dövründə Ukrayna ordusunun neytral qalmasını təqdir ediblər.

Yeri gəlmişkən, ABŞ dövlət katibi Con Kerri bildirib ki, ABŞ Ukraynaya görə Rusiya ilə münaqişəyə girmək, növbəti soyuq müharibəyə başlamaq istəmir, — deyə İTAR-TASS bildirir. Eyni zamanda Kerri Moskvanı Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa, baş verən hadisələrin qiymətləndirilməsində “çox ehtiyatlı olmağa” çağırıb.

Qərb siyasətçiləri hələlik Krımdakı vəziyyəti şərh etməyiblər. Bundan əvvəl guya Rusiya xüsusi təyinatlıların Krıma gəlməşi barədə şayiələr yayılıb. Bəzi KİV Sevastopoldakı mənbələrə istinadən bildirib ki, fevralın 25-də Soçi olipiadasından postdan qayıdan RF Qara dəniz donanması 11 min silahlı döyüşçü gətirib. Lakin bu şayiələr rəsmən təsdiqlənməyib.

Fevralın 26-da Rusiyada qoşunların,  Qərb və Mərkəzi hərbi dairələrin qüvvələrinin döyüş hazırlığının kompleks yoxlanmasına başlanılıb. Bu barədə müdafiə naziri Sergey Şoyqu bildirib. O qeyd edib ki, yoxlama Ukrayna hadisələri ilə bağlı deyil. Lakin son günlər Krımla əlaqədar narahatlıq keçirən qərb mətbuatı təlimləri basqa cür qəbul edib. Məsələn,  Reuters agentliyi yoxlamanı son bir neçə gün ərzində  “Kremlin ən güclü jesti” adlandırıb və 2008-ci il Cənubi Osetiya münaqişəsi ilə müqayisə edib (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136