Muəllif: Redaksiya
NATO əməliyyatları üçün ayrılan tabor qiymətləndiriləcək
Mayın 5-dən 8-dək Bakıda Azərbaycan Silahlı Qüvvələri Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi planlaşdırılır. Bu barədə APA-ya MN mətbuat xidmətindən məlumat verilib. NATO ekspertlərinin nəzarəti altında keçiriləcək təlimdə qarşıya qoyulan müxtəlif elementlərin OCC taboru tərəfindən icra səviyyəsi qiymətləndiriləcək. Qeyd edək ki, 2012-ci ilin iyununda OCC taborunun 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi, 2013-cü ilin oktyabrında isə taborun 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib. OCC taborunun ştat strukturunun 2015-ci ildə briqada səviyyəsinə qaldırılması nəzərdə tutulur.
Bölüm: Ümumi
Oxunma sayı: 148