Muəllif:

NATO Baş Katibi: Şərqə doğru genişlənmə davam edəcək

NATO Baş Katibi Foq Rasmussen bildirib ki, NATO-nun Şərqi Avropa ölkələri hesabına genişlənməsi davam edəcək, Ukrayna ilə əməkdaşlıq aktivləşəcək.

Gələn həftə Ukayna XİN başçısı alyansla əməkdaşlığı müzakirə üçün Avropaya uçur. Hələlik prezidentliyə namizədlərdən yalnız Timoşenko Avropaya və NATO-ya inteqrasiyanı Rusiyanın təcavüzünü dayandırmaq üçün yeganə vasitə sayır.

Rasmussen onu da vurğulayıb ki, Ukrayna ilə əməkdaşlıq durmadan möhkəmlənəcək. Lakin Ukraynanın NATO-ya üzv olmaq istəyi qəti ifadə olunmayıb. Rəsmi Kiyev təhlükəsizliyin bütün variantlarını gözdən keçirdiklərini deyir. Kreml bu gəlişmələri rahatsızlıqla izləməkdədir.

Foq Rasmussen Welt am Sonntag nəşrinə müsahibəsinddə deyib ki,  Şərqi Avropa ölkələrinin NATO-ya daxil olması “zəmanəmizin parlaq tarixi uğurudur, lakin vəzifəmiz hələ tam yerinə yetirilməyib.  Rasmussen vəd edib ki, Şərqə doğru genişlənmə davam edəcək və özünü NATOya hazır bilənlər ərizə verə bilərlər. İndiki halda Bosniya və Herseqovina, Makedoniya, Monteneqro və Gürcüstan NATOya üzv olmağa can atır.

Rasmussen deyib ki, hazırda NATO öz planlarına yenidən baxır və Baltik ölkələrinə daha çox sayda əsgəri ucaq köçürməkdədir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 313