Muəllif:

Narkotiklərin qara bazarda satış qiymətləri heçədir?

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu müxtəlif növ narkotik vasitələrin «qara bazar»da topdan və pərakəndə satış qiymətini açıqlayıb. İşçi Qrupu tərəfindən hazırlanan «Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsi»ndə qeyd edilir ki, 2014-cü il yanvarın 1-ə qədər «qara bazar»da 1 kq həşişin topdansatış qiyməti minimum 3 min dollar, maksimum 4 min dollar, 1 kq tiryəkin topdansatış qiyməti minimum 5 min dollar, maksimum 7 min dollar, 1 kq marixuananın topdansatış qiyməti minimum 6 min dollar, maksimum 8 min dollar, 1 kq heroinin topdan satış qiyməti isə minimum 15 min dollar, maksimum 20 min dollar olub.

«Qara bazar»da 1 kq həşişin pərakəndə satış qiyməti minimum 8 min dollar, maksimum 10 min dollar, 1 kq tiryəkin pərakəndə satış qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar, 1 kq marixuananın pərakəndə satış qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar, 1 kq heroinin topdansatış qiyməti isə minimum 40 min dollar, maksimum 60 min dollar təşkil edib.

Heroinin pərakəndə satış qiymətinin çox yüksək olması isə təsadüfi deyil.

Məruzədə qeyd edilib ki, son illər Avropada narkotik istifadəçiləri daha çox heroin və kokaindən istifadə edirlər. 2010-2011-ci illərdə Avropa ölkələrində narkotik vasitələrin dövriyyəsində bir sıra dəyişikliklərin baş verməsi nəticəsində «qara bazar»da heroin çatışmazlığı müşahidə olunur. Buna səbəb həm də Əfqanıstanda əkin sahələrinin yararsız hala düşməsi olub.

Lakin 2012-ci ildə bu sahələrin yenidən münbitləşməsi nəticəsində heroin və kokainin Avropa bazarına daşınması kütləvi hal alıb. Əfqanıstanda bu cür əkin sahələrinin ərazisi hazırda 131 min hektardır. Bu isə 2011-ci ilə nisbətən 11 faiz çoxdur. Ümumiyyətlə, dünya bazarına çıxarılan narkotik vasitələrin 95 faizini əfqan narkotiki təşkil edir. Cənubi-Şərqi Asiya ölkələrində (Laos, Myanma və Tailand) isə bu cür əkin sahələri 43 min hektardır. Son illər bu ölkələrdə narkotik bitkilərin becərildiyi əkin sahələri 2 dəfə artıb.

Əfqanıstandan sonra Latın Amerikası ölkələri (Boliviya, Peru, Kolumbiya, Ekvador) heroin və kokainin yayılmasında geniş yer tutur. Bu bölgədə daha çox kokain yetişdirilir. Bu da hazırda dünya bazarında heroin və kokainin daha çox yer tutduğunu göstərir.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 442