Narkotiklə tutulan həm də oğru çıxdı
Narkotiklə tutulan Bakı sakininin oğurluq etdiyi də məlum olub. Binəqədidə polisin əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovdan 0,503 qram heroin götürülüb. Müəyyən edilib ki, o yanvarın 2- də Biləcəri qəsəbəsi Ordubadi küçəsində yaşayan Samirə Qaraşovanın evindən, qapının kilidini sındırmaq yolu ilə 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və televizor oğurlayıb.
Araşdırma zamanı müəyyən edilib ki, Məmmədov avqustun 15-də Motodrom yaşayış sahəsində yaşayan Fərhad Mikayılov evindən 3700 manat, qızıl-zinət əşyaları, sentyabrın 2-də Rüfət Əhmədzadənin evindən qızıl-zinət əşyaları, sentyabrın 25-də Sulutəpə qəsəbəsində Ramal Məmmədovun evindən qızıl-zinət əşyaları, dekabrın 21-də Motodrom yaşayış sahəsində Ziyafət Sadıqovun evindən televizor, pul, dekabrın 26-da Sulutəpə qəsəbəsində Ramiz Bədəlovun evindən pul və qızıl-zinət əşyaları oğurlayıb.