Muəllif: Redaksiya
Narkotik alverçiləri «elliklə» içəri göndərildi
Narkotik vasitələrin alveri ilə məşğul olan dəstənin üzvü olmaqda təqsirləndirilən qadın məhkəmə zalında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alverində təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hökmə əsasən, Habil Babayev 8 il, Telman Səfərəliyev 8 il, Məmmədağa Səfərov 8 il 6 ay, Azər Bağırov 6 il, Ramilə Bağırova 5 il müddətinə azadlıqdan məhrum edilib. Dəstə üzvlərindən zamində olan İradə Ağayeva isə 5 il ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.
Onlar CM 234-cü (narkotik vasitələri qanunsuz yolla əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunublar.
Bölüm: Kriminal
Oxunma sayı: 169