Müxalifət Yanukoviçin təklifinə yanvarın 28-dək cavab verməlidir
Kiyevdə və regionlarda iğtişaşları və itaətsizlik aksiylarını dayandırmaq müqabilində müxalifət üçün prezident tərəfindən irəli sürülmüş hökumətdə yüksək postlar tutmaq təklifi müddətsiz deyildir. Bunu hakim Pegionlar Partiyasından Ali Radanın deputatı və danışıqların iştirakçısı Oleq Tsarev açıqlamışdır.
«Müxalifətin ünvanına təkliflərimiz müddətsiz kimi görünür. Əlbəttə, bu belə deyildir. Yoxlama nöqtəsi — çərşənbə axşamı, Ali Radanın iclasıdır, siyasi böhran burada konstitusiya çərçivəsində həllini tapa bilər», deyə Tsarev mətbuata müsahibəsində bilirib.
Bəlli olduğu kimi prezident Yanukoviç müxalifət liderlərindən Arseni Yatsenyuka baş nazir, Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini tutmağı təklif etmişdir.