Müxalifət artıq Ərdoğanı baş nazir kimi tanımır
Türkiyə saytları ölkədəki 17 dekabr “korrupsiya və rüşvət” əməliyyatı günü baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanla əlaqə saxlamasına dair audio-yazının “youtube” yerləşdirildiyini nəzərə çatdırır.
Baş nazir həmin gün oğlu ilə müxtəlif vaxtlarda 4 dəfə əlaqə saxlayıb. Səs qeydlərinə görə, baş nazir oğluna evdə olan 1 milyard dolları olduğu yerdən daşımaları tapşırığı verir. Bir qədər sonra isə oğul Ərdoğan atasına pulların böyük hissəsinin bəzi iş adamlarına verildiyini, qalan 30 milyon dolların da evdən çıxarılacağını bildirilir.
Səs qeydlərini “youtbe”yə yükləyən şəxs öz tvt hesabında səs qeydinin inkar edildiyi halda pulların daşınmasını əks etdirən videogörüntüləti yayacağını bəyan edib.
Bu hadisədən dərhal sonra na müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi toplanıb. CHP Ərdoğan hakimiyyətinin legitimlyini itirdiyini və bu andan etibarən bu hökuməti tanımadıqlarını bəyan ediblər.
“Bu şərtlər altında mövcud hökuməti tanımırıq, korrupsiya, oğurluq və rüşvət hadisələri altında əzilməkdə olan baş nazir dərhal istefa vermək məcburiyyətindədir. Ərdoğan pisliyin, ləkənin üstünü örtmək istəyir, ona çıxmağı əngəlləyir. Bu saatdan etibarən bu hökumətin oğru və korrupsiya bulaşan bir şəxs tərəfindən idarə edilməyəciyini açıq söyləmək məcburiyyətindəyik”, — CHP bəyan edib.
Bu məsələ ilə bağlı Türkiyənin digər müxalifət partiyası olan milliyyətçi Hərəkat Partiyasının da toplantısı keçirilib və səs qeydlərilə bağlı məsələləri dəyərləndiriblər (Turan).