Mustafa Cəmil Krımoğlu BMT tribunasından: İşğal altında referendum keçirilməz
Krım Tatar Milli Məclisinin keçmiş rəhbəri, Ukrayna deputatı Mustafa Abdülcəmil Krımoğlu, Krımdakı hadisələrlə bağlı BMT-də çıxış edib. M.Krımoğlu Krım yarımadasının təmsilcisi olaraq Litva tərəfından dəvət olunduğunu nəzərə çatdırıb. M.Krımoğlu insan haqları, mətbuat azadlığı və etnik azlıqlara hörmətlə bağlı Krım ve Sevastopoldaki son durumdan narazılıq edib. Ukrayna və Türkiyənin BMT-də Daimi Təmsilciləri Yuri Sergeyev və Halit Çevik toplantıya qatılıblar.
M.Krımoğlu çıxışında Krmda referendumun işğal altında keçirildiyini xüsusi vurğulayıb. Bu referendumun azad iradəni ifadə etmədiyini, həqiqətdə seçkiyə qatılanların həddən az olduğunu nəzərə çatdırıb.
1994-cü ildə Ukrayna nüvə silahlarını ləğv edərkən ABŞ, BB və RF-nin bu dövlətə zamin durduqları deyilib. M. Krımoğlu zamin duran dövlətlərdən biri Rusiyanın indi zamin yox, təcavüzkar rolunda olmasına diqqət çəkib. Ali Radanın nüvə silahına yenidən sahib olmaq məsələsinin gündəmə gələ biləcəyinə işarə edib. “İşğal altında olan bir torpaqda referendum necə keçirilə bilər? Digər tərəfdən bu referendum Ukrayna qanunlarına ziddir, əgər rerfenedum olacaqsa, bütün ölkənin səs verməsi lazımdır”, deyə M.Krımoğlu Krımdakı refrendumu qanunsuz adlandırıb.
M.Krlmoğlu Krım tatarlarının referenduma qatılmadılqarını, 180 min Krım tatarından cəmi min nəfərə qədər adamın qatıdlığını, onların da Rusiyaya birləşmək əleyhinə səs verdiklərini nəzərə çatdırıb. “Rusiyanin referendumda işrtirakla bağlı dediyi 87% yalandır, Krım tarixində bu qədər iştirakçı olmayıb, bunun belə olmadığını hər kəs bilir, iştirak 33%-dən çox olmayıb”, — deyə M.Krımoğlu refrendumun nəticələrinin hüquqi əsası olmadığını vurğulayıb.
“Bu məsələdə lazım olduğu anda referendum keçirəcəyik, refrendumumuz açıq olacaq, ona görə də beynəlxalq qurumlardan müşahidəçilər tələb edirik”, deyə Krım tatarlarının lideri davam edib.
M.Krımoğlu BMT Təhlükəsizlik Şurası üzvlərinə Ruisyanın Krıma daxil olması ilə Kiyevə bağlı kilsə binalarını aldıqlarını deyib. Buna cavab olaraq, Krım müftiliyi Kiyevə bağlı din xadimlərinə tatar məscidlərində ayinləri icra etmək təklifi verib.
M.Krımoğlu ABŞ-a səfərə gedəcəyini, ABŞ senatorları ilə görüşəcəyini, Korneki Fondunda çıxış edəcəyini söyləyib (Turan).