Muəllif:

Müşfiqabad məscidinin imamı: «Bu dezinformasiyadır»

Müşfiqabad qəsəbəsində yerləşən  sələfi məscidinin imamı Mübariz  Qaçayevin  həbsi ilə bağlı bəzi KİV-də yayılan məlumatlar  təsdiqlənməyib. Məlumatlarda bildirilib ki,  məscidin qarşısında M.Qaçayevin başına torba keçirərək naməlum istiqamətə aparıblar.

Lakin M.Qaçayev özü Turan-ın müxbiri ilə söhbərində bunu təkzib edib. Onun sözlərinə görə, bu, dezinformasiyadır, ümumiyyətlə MTN onu saxlamayıb.

Qeyd edək ki,  son günlər bir sıra yerli KİV-də azərbaycanlı dindarların Suriyaya döyüşməyə yollanması ilə bağlı çağırışlara dair məlumatlar yayılıb. Suriyaya döyüşçülərin  göndərilməsində ən çox “Aşurbəy” və Müşviqabad məscidlərinin adları hallanır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128