Muəllif: Redaksiya
Müsavat Partiyası Rəsulzadənin Novxanıdakı abidəsi önündə mitinq keçirib
Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar Müsavat Partiyası Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə mitinq keçirib. Partiya rəhbərliyi və fəalları abidənin önünə əklil qoyub, Rəsulzadənin ruhunu yad ediblər.
Müsavat başqanı İsa Qəmbər, Ankradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxışlarında Rəsulzadənin Azərbaycan müstəqillik tarixindəki rolundan danışıb, onu Azərbaycanının qurucusu, ziyalı, siyasi xadim kimi xarakterizə ediblər. Mitinqdə Müsavat Partiyasının 50-dək üzvü iştirak edib (APA).
Bölüm: Xəbərlər
Oxunma sayı: 141