Muəllif:

Muradverdiyevin apellyasiyası təmin edilmədi: 4 ili yatacaq

Bu gün Bakı Apellyasiya Məhkəməsində Prezident Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Vəkil Rəşad Mirmehdizadənin APA-ya verdiyi məlumata görə, prosesdə çıxarılan qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan — Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Xəzər Rayon Məhkəməsinin hökmünə  əsasən, Muradverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 96