Muəllif:

Müəllimə saxta diplom satdığına görə ilişdi…

Gəncədə müəllimə saxta diplom satdığına görə ilişib. DİN saytına istinadən, Bakı şəhər sakini, Sabunçu rayonundakı orta məktəblərdən birində müəllimə işləyən Gəncə şəhər sakini Xatirə Əmənova Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında operator işləyən Nərgiz Əliyeva ilə birgə Sevil Hacıyevaya Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının 1 ədəd diplomunu 5800 manat pul müqabilində satıb.

Əmənova və Əliyeva Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166