Muəllif: Redaksiya
Müdafiə Nazirliyi xəstəlik aşkarlanmış 157 çağırışçını geri qaytarıb
Səfərbərlik xidmətinin nə dərəcədə bərbad işlədiyinə daha bir sübut üzə çıxıb. Yanvarda Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılan xeyli çağırışçıda xəstəlik aşkarlanıb. MN mətbuat xidmətinə istinadən, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb.
Hələ yanvarın əvvəlində müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrə əsasən MN tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirilir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 171