Muəllif:

Müdafiə Nazirliyi mətbuat xidmətinə yeni rəhbər təyin edildi

Müdafiə Nazirliyi mətbuat xidmətinə yeni rəhbər təyin edildi. Bu barədə  açıqlama verən nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib ki, mətbuatla münasibətlərini qarşılıqlı anlaşma əsasında davam etdirəcək: “Cənab nazirin əmri ilə mən bu vəzifəyə təyin edilmişəm. Hal-hazırda həmin vəzifəni və işləri qəbul etmişəm, bu səlahiyyətləri yerinə yetirirəm. Mətbuatla münasibətlərimi hərbi və dövlət sirlərinin qorunması şərtlərini təmin etməklə, qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında quracağam”.

 Dərgahlı bu vəzifəyə qədər nazirliyin İnformasiya İdarəsində çalışıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 212