Muəllif: Redaksiya
Müdafiə naziri Fransaya gedib: əməkdaşlıq sazişi imzalanacaq
Müdafiə naziri Zakir Həsənov yanvarın 13-də Fransaya rəsmi səfərə yola düşüb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı Azərbaycan və Fransanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulub.
Həsənov Fransanın müdafiə naziri Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşəcək. Görüşlərdə beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Bölüm: Xəbərlər
Oxunma sayı: 108